Futbol üzrə Rusiya millisinin baş məşqçisi
Fabio Kapello FİFA-ya şikayət edə bilər. Sportnet.az-ın məlumatına görə, buna
səbəb federasiyanın məşqçiyə olan 4 aylıq borcunu hələ də ödəməməsidir.
Rusiya mətbuatında yer alan xəbərlərə görə, Kapello
2015-ci ilə kimi federasiyanın onunla hesablaşmayacağı təqdirdə FİFA-ya
müraciət edəcək: "Fabio ümid edir ki, Rusiya Federasiyasının idman naziri
Vitali Mutko vəziyyəti nizamlayacaq. Lakin onun səbri tükənir. Bu bir növ "şirin
ultimatum”dur. Əgər 2015-ci ilin əvvəlinə kimi Kapello pulunu almasa FİFA-ya
müraciət edəcək”.
Qeyd edək ki, bu gün Kapellonun köməkçisi Kristian Panuççi pulunun ödənilməməsi səbəbi ilə Rusiya millisinin məşqinə qatılmayıb.