![](/file/pic/news/2014-11/1415785858_qalatasaray-logo-121114.jpg)
"Qalatasaray"ın yeni rəhbərliyi bir sıra radikal
addımlar atıb. Sportnet.az-ın məlumatına görə,
komandada
kütləvi ixtisarlar aparılıb.
Yeni
rəhbərlik ixtisarlarla xərcləri azaltmaq fikrindədi. Bu məqsədlə klub artıq 75
nəfərlə yollarını ayırıb.
İşinə son verilənlərin bir çoxları təqaüd yaşına (65) çatanlardı. Onların arasında Futbol Akademiyasının baş direktoru Bülent Ünder də var. O, "Qalatasaray" UEFA Kubokunu qazanan zaman Fatih Terimin köməkçisi olub.
Həmçinin üzgüçülük şöbəsinin kapitanı
Yılmaz Özüak və voleybol şöbəsinin kapitanı Ali Himmetoğlu da işdən çıxarılıb.
Qeyd edək ki, son günlərdə "Qalatasaray"ın səhmlərinin satılacağı ilə bağlı xəbərlər dolaşır