19
yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin
ikinci oyununa çıxan yığmamız slovakiyalı həmyaşıdları ilə qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, millimiz
Slovakiya yığmasına böyük hesabla məğlub olub.
Oyundan sonra U-19-un baş məşqçisi Nikolay Adam qarşılaşma ilə bağlı fikirlərini
bildirib: "Slovakiya ilə oyunun çətin keçəcəyini bilirdik. Çünki bu komandanın
heyətində rəqibin səhvlərini bağışlamayacaq səviyyədə futbolçular yer alıb.
Onlar bütün şanslardan effektli istifadə edirlər. Şənbə günü bizi finala
bərabər oyun gözləyir. Sloveniya ilə oyuna ciddi hazırlaşacağıq. Bu matçda
qələbə qazanmaq istəyirik. Fikrimcə, bu mümkündür”.
Qeyd edək ki, millimiz slovakiyalı hımyaşıdlarına 1:4 hesabı ilə məğlub olub.