AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin
rəqibi olan Norveç yığması yoldaşlıq görüşündə Estoniyaya məğlub olub. Sportnet.az-ın
məlumatına görə, baş məşqçi Per-Matias Hoqmo oyundan sonra fikirlərini
açıqlayıb.
Təcrübəli mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Bu oyun
bizim üçün çox faydalı idi. Matç başlayan kimi 0:1 hesabı ilə geriyə düşdük.
Bundan sonra hər iki mövqedə, müdafiədə və hücumda eyni oyunu göstərə bilmədik. Belə olan
halda, qarşılıqlı mübarizələrdən qalib ayrıla bilmədik. Bu, Azərbaycanla oyun
öncəsi bir sınaq idi. Müəyyən mənada oyuna nəzarət edə bildik. Yaxşı oyun göstərdik və əla qol imkanlarımız oldu. Mən çox razıyam. Bilirdik ki, Estoniyanı
məğlub etmək çətin olacaq. Buna görə də, bu oyun bizə faydalı oldu. İndi Azərbaycanla oyunu gözləyirik. Bu məğlubiyyətin
qisasını Azərbaycandan almağa çalışacağıq".
Qeyd edək ki, Azərbaycan-Norveç qarşılaşması noyabrın 16-sı saat 21:00-da start götürəcək.