AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olan Norveç yığması yoldaşlıq görüşündə Estoniyaya məğlub olub. Sportnet.az-ın məlumatına görə, komandanın kapitanı Per Sillian oyundan sonra fikirlərini açıqlayıb.
Kapitan Azərbaycanla oyunun vacibliyindən danışıb: "Biz bu gün (dünən) yaxşı oynamadıq. Əlimizə düşən şanslardan istifadə edə bilmədik. Matçın əvvəlindən məğlub duruma düşməyimiz bizi çətin vəziyyətə saldı. Hazırlığımız yaxşı keçsə də, meydanda heç nə edə bilmədik. Bazar günü Azərbaycanla vacib oyunumuz var. Bu oyuna kimi toparlanmalıyıq."
Qeyd edək ki, Azərbaucan-Norveç matçı noyabrın 16-si saat 21:00-da başlayacaq.