Avro-2016-nın seçmə
mərhələsi çərçivəsində noyabrın 16-da, milli komandamız Norveç yığmasını qəbul
edəcək.Sportnet.az-ın məlumatına görə, "Bakcell
Arena”da keçirələcək matçın hakimləri artıq müəyyənləşib.
Qarşılaşmanın əsas hakimi ukraynalı Yevgeni
Aranovski olacaq. Ona həmyerliləri Aleksandr Voytyuk və Semyon Slonçak kömək edəcəklər. Dördüncü hakim funksiyasını
yerinə Sergey Bekker yerinə yetirəcək.
AÇ-2016 seçmə mərhələ
16 oyabr
Azərbaycan – Norveç
Baş hakim: Yevgeni Aranovski
Baş hakimin köməkçiləri: Aleksandr Voytyuk, Semyon Slonçak
Dördüncü hakim: Sergey Bekker
Əlavə köməkçi hakimlər: Sergey Boyko, Anatoli Abdula
(Hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Zoran Petroviç (Serbiya)
UEFA nümayəndəsi: Mehmet Süheyl
Önen (Türkiyə)
Qeyd edək ki, Azərbaycan-Norveç matçı saat 21:00-da start götürəcək.