AFFA-nın təşəbbüsü və
Norveçin "StatOil” şirkətinin sponsorluğu ilə noyabrın 16-da, saat 21:00-da,
"Bakcell Arena”dakeçiriləcək
Azərbaycan - Norveç oyununun fasiləsində azarkeşlər üçün müsabiqə təşkil
olunacaq. Sportnet.az-ın məlumatına görə, fasilədə
peşəkar qapıçı topu tribunaya atacaq və topu tutan şəxs müsabiqədə iştirak
etmək şansı qazanacaq.
Penalti vurmaq şansı əldə edən azarkeş 3 fürsətdən 2-ni dəqiq yerinə yetirəcəyi
təqdirdə qalib hesab olunacaq və milli komandanın forması əldə etməklə yanaşı
gələn ilin iyunun 12-də baş tutacaq Norveç – Azərbaycan qarşılaşmasında iştirak
etmək hüququ qazanacaq.
Qeyd edək ki, təyyarə və oyun bileti, oteldə 1 gecə qalma və viza xərci
"StatOil” şirkəti tərəfindən ödəniləcək.
Müsabiqənin şərtləri:
1) Qapıçı topu tribunaya yalnız 1 dəfə atacaq;
2) Müsabiqədə iştirak etmək üçün qapıçının atdığı topu tutmaq;
3) Qapıçının qoruduğu qapıya 3 fürsətdən ən azı 2 qol vurmaq;