 

Bu gün 19 yaşadək
futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə
mərhələsində sonuncu oyununu keçirib. Sportnet.az-ın
məlumatına görə, komandamız bu dəfə Sloveniya yığması ilə qarşılaşıb. 
	
	
İlk oyunda meydan sahibləri
Macarıstan millisi ilə 1:1 heç-heçə edən Nikolay Adamın rəhbərlik etdiyi
komanda, ikinci oyunda Slovakiyalı həmyaşıdlarına böyük hesabla məğlub olmuşdu –
1:4.
	
Bu qarşılaşmada qələbə qazanan millimiz, Macarıstan-Slovakiya oyununda Slovakiyanın 3:0-lıq qələbəsi ilə qrupda ikinci pilləyə yüksələrək növbəti mərhələyə vəsiqə qazandı. 
	
	Oyunda hesabı millimiz açıb. 23-cü dəqiqədə penaltidən Vadim Ağarəhimov fərqlənib. Elnur Sülymanov 35-ci dəqiqədə komandamızın ikinci qoluna imza atıb. İlk hissənin son dəqiqələrində Mahir Mədətov fərqi 3 topa çatdırıb. İkinci hissədə Alen Ojboltun dublu ilə fərqi minimuma endirən sloveniyalıların bundan artığına gücü çatmayıb.
	Avropa çempionatı 
İlkin seçmə mərhələ
		
		
15 noyabr
16:00. Azərbaycan - Sloveniya - 3:2
	Qollar: Vadim Ağarəhimov, 23 (p.); Elnur Süleymanov, 35; Mahir Mədətov, 42 - Alen Ojbolt, 48, 77 (p.)
Baş hakim: Eli Hakmon (İsrail)
Baş hakimin köməkçiləri: David Morhaim (İsrail), Peter Kobor (Macarıstan)
Dördüncü hakim: Adam Farkas (Macarıstan)
UEFA nümayəndəsi və hakim-inspektor: Nuno Kastro (Portuqaliya)
	
	Macarıstan - Slovakiya - 0:3
	Qollar: Robert Polevka, 48; Laslo Beneş, 66; Nikolas Şpalek, 72
	
	
	
| 1 | Slovakiya | 3 | 3 | 0 | 0 | 9 | 2 | 7 | 9 | 
| 2 | Azərbaycan | 3 | 1 | 1 | 1 | 5 | 7 | -2 | 4 | 
| 3 | Macarıstan | 3 | 0 | 2 | 1 | 2 | 5 | -3 | 2 | 
| 4 | Sloveniya | 3 | 0 | 1 | 2 | 4 | 6 | -2 | 1 | 
Bu nəticələrdən sonra Slovakiya millisi qrup lideri kimi, millimiz isə qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıblar.
	








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































