Türkiyənin
"Gənclərbirliyi”
klubunun prezidenti futbolçuları cəzalandırmaq niyyətindədir. Sportnet.az-ın
məlumatına görə, İlhan Cavcav saqqal uzadan futbolçulara 7 min avro cəza
verəcək.
Cavcavın
fikrincə bu gənclər üçün pis nümunədir. O hətta TFF prezidenti Yıldırım
Dəmirörənə futbolçulara saqqala görə ümummilli qadağa qoyulmasını təklif edib.
"Gənclərbirliyi” prezidenti fikrini belə izah edib: "Mənim 80 yaşım var və mən hər gün üzümü qırxıram. Siz idmançısınız, gərək gənclərin imitasiyasına örnək olasınız”.