Ukraynanın "Şaxtyor” klubunun baş məşqçisi Mirçel Luçesku maraqlı hadisə ilə gündəmə gəlib. Sportnet.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis "Olimpik”lə (Donetsk) yoxlama matçı zamanı komandasını meydandan çıxarıb.
Buna səbəb rəqib futbolçularının Luçeskunun komandasına qarşı həddindən artıq sərt oyun nümayiş etdirməsi olub.Bunu görən təcrübəli məşqçi stadiona daxil olaraq, hakimlərə öz iradını bildirib və onlardan qarşılaşmanı sonlandırmalarını tələb edib.
Təcrübəli məşqçi oyun sonrasında mətbuat üzvlərinə maraqlı açıqlamalar verib: "Olimpik”li futbolçular sanki ölüm-dirim matçına çıxmışdılar. Amma bu, sadəcə bir hazırlıq matçı idi. Meydanda sərtlik hər keçən dəqiqə artırdı. Oyunçularım da eyni şəkildə qarşılıq verməyə başladılar. Ciddi zədələnmələr ola bilərdi. Bunu dayandırmaq lazım idi”.
Qeyd edək ki, Mirçel Luçesku əvvəllər Türkiyənin "Qalatasaray” və "Beşiktaş” klublarını çalışdırıb.