Avro-2016-nın
seçmə mərhələsində mübarizə aparan Türkiyə millisi dünən Qazaxıstan yığmasını məğlub
edib. Sportnet.az-ın məlumatına görə, oyunda sarı vərəqə alan Arda Turan cəzalı
duruma düşüb.
Millinin
gənc ulduzu mübarizə zamanı yerə yıxılıb. Lakin hakim bu hərəkəti simulyasiya
kimi dəyərləndirərək Ardaya sarı vərəqə göstərib. Latviya və İslandiya ilə
oyunlarda da sarı vərəqə alan futbolçu vərəqə limitini doldurmuş oldu. Aktivində
3 sarı vərəqəsi olan Arda Hollandiya ilə qarşılaşmada komandasına kömək edə
bilməyəcək.
Qeyd edək ki, Türkiyə-Qazaxıstan qarşılaşması meydan sahiblərinin qalibiyyəti ilə başa çatıb – 3:1.