Futbol üzrə Bosniya və Herseqovina millisinin baş məşqçisi Saffet Suşiç istefaya göndərilib. Buna yığmanın AVRO-2016-nın seçmə qrup mərhələsində qeyri-qənaətbəxş çıxışı səbəb olub.
Suşiçin rəhbərliyi altında son oyunda bosniyalılar səfərdə İsrailə böyük
hesabla uduzublar. 4 turdan sonra komandanın hesabında cəmi 2 xal var.
Qeyd edək ki, Suşiç Bosniya və Herseqovina millisinə 2009-cu ildən başçılıq
edib. O,
yığmanı DÇ-2014-ün final mərhələsinə çıxarıb. Onun hələ yığmada çalışdığı vaxt Azərbaycan millisindən təklif aldığı
bildirilirdi. Lakin həmin vaxt Suşiç təklifdən imtina etdiyini açıqlamışdı. (Report.az)