Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı Türkiyədə çıxış edən iki həmyerlimizin klubu yoldaşlıq görüşündə qarşı-qarşıya
gəlib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin
sabiq üzvlərindən olan Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor” klubu yoxlama
oyunu çərçivəsində Rail Məlikovun şərəfini
qoruduğu "Dənizlispor”
ilə qarşılaşıb.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Start heyətdə meydana
çıxan Subaşiç 43-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. O, 80-ci dəqiqədə Oğuzhan Palazla əvəz olunub.
Məlikov isə bu oyunda iştirak etməyib.
Qeyd edək ki, Türkiyə PTT 1-ci Liqasında çıxış edən "Manisaspor" turnir cədvəlinin 16-cı, "Dənizlispor” isə 12-ci pilləsində qərarlaşıb.