Türkiyəli
mütəxəssis Yılmaz Vural yenə milli komandamızla bağlı maraqlı qaçıqlamalar verib. Sportnet.az-ın
məlumatına görə, Vural millimizin baş məşqçi postuna ən real
namizədlərdən biri olduğunu qeyd edib.
Yılmaz
Vural Avro-2016-nın seçmə mərhələsinin H qrupunda mübarizə aparan Azərbaycan millisinin
3-cü matçında da məğlub olduqdan sonra Berti Foqtsun baş məşqçi postundan getməsi
ilə bu posta onun gətiriləcəyi iddialarına fikir bildirib. Türkiyəli mütəxəssis
ölkəmiz barədə ağız dolusu danışıb: "Azərbaycanda da burdakı qədər sevilirik. Azərbaycana
gedəndə gömrükdə məndən passport soruşmurlar. Danışığımız, mədəniyyətimiz bir
olduğu üçün orda mənə yad kimi baxmırlar. Buna görə də, hər zaman orda gündəmdəyik”.
Yılmaz
Vural həmçinin Azərbaycandan rəsmi təklif almadığını deyib: "Azərbaycan Futbol
Federasiyasından mənə heç bir təklif gəlməyib. Ancaq bir neçə xarici məşqçi ilə
mənim adım da eyni masadadır. Mən də ən real namizədlərdən biriyəm”.
Karyerası boyu milli komandada işləməyən mütəxəssis, bir ölkənin millisinin baş məşqçisi olmağını onun üçün şərəfli olacağını bildirib: "Azərbaycan potensialı olan bir komandadı. Maddi cəhətdən yaxşı dəstəklənirlər. Komanda da sürətlə oyununu artırır. Ora bir töhfəmiz olarsa qürur duyarıq”.