
Türkiyəli
idman yazarı Mehmet
Demirkol milli komandanın qapıçısı Volkan Dəmirəl ilə bağlı maraqlı açıqlama
verib. Sportnet.az-ın məlumatına görə, Volkan Dəmirəl milli komandadan ayrılır.
Türkiyə
qəzetlərində çıxan xəbərlərə görə, TFF rəhbərliyi Volkana millinin qapılarını
bağlayır. Bu barədə "Spor servisi” proqramında xəbər oxunan zaman futbol yazarı
Mehmet Demirkol Volkanın bir daha millidə oynamayacağını bildirib. O, təcrübəli
qapıçının bağışlanmasını istəyəcəyini qeyd edib.
Son
qərar isə Fatih Terimlə keçiriləcək iclasdan sonra veriləcək.
Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsi matçında Qazaxıstanı qəbul edən Türkiyə millisin qapıçısı oyundan öncə azarkeş tərəfindən təhqir olunduğu üçün stadionu tərk etmişdi.