Amerika Milli Basketbol Liqasında (NBA) "Şarlotte Hornets”
klubunun formasını geyinən basketbolçu Cefri Teylor 24 oyunluq cəza alıb.
Sportnet.az-ın məlumatına görə, idmançı rəfiqəsini döydüyü və otel malına zərər
vurduğu üçün bu cəzanı alıb.
NBA-nın rəsmi internet saytının verdiyi məlumata
görə, məhkəmə tərəfindən 1,5 il nəzarət altında qalması şərti ilə azad olunan
Cefrinin maaşı kəsilərək 24 oyun cəza verilib.
Mövsümün ilk 11 qarşılaşmasında forma geyinməyən
Cefri cəzasının bir hissəsini tamamlayıb. 25 yaşlı basketbolçu illik alacağı 915
min dollarlıq əmək haqqısının 267 min dollarını itirmiş oldu.
Teylor haqqında hazırlanan hesabatda onun içkili halda otel otağında rəqfiqəsi ilə dalaşdığı, həmçinin rəfiqəsinə şiddət tədbiq edərək başını qapıya vurduğu iddia edilib. Basketbolçunun həmçinin mübahisə zamanı divarı yumruqlayaraq otel malına zərər vurduğu da əlavə edilib.