İsveçrənin
4-cü divizionunda maraqlı hadisə yaşanıb. Sportnet.az-ın məlumatına görə, "Qrenxen”
klubu 11 futbolçusu ilə yollarını ayırıb.
Buna səbəb kimi
komandanın sonuncu matçında 0:10 hesablı məğlubiyyəti göstərilib. Klub
rəhbərliyi gənclərdən ibarət "Lyuçern” klubuna məğlubiyyətdən sonra bu qərara
gəlib.
Bu barədə
komandanın idman direktoru Renato Brun məlumat verib: "Mən klubun idman
şöbəsinin müdiriyəm. Əgər işlər düz getmirsə hərəkət eləmək lazım gəlir. Mən az
danışıb, çox iş görənlərdənəm”.
Qeyd edilir ki, komandanın futbolçularına soyunma otağındakı əşyalarını yığışdırmağı məcbur ediblər. Ancaq baş məşqçinin istefaya göndərilməsi haqda məlumat verilmir.