Türkiyəli futbol referi Cüneyt Çakır
əməliyyat olunub. Sportnet.az-ın Türkiyə
mətbuatına istinadən məlumatına görə, Türkiyə superliqasının XII turunda
"Gənclərbirliyi" - "Karabükspor" matçının hakimi Cüneyt Çakır
birinci hissədən sonra özünü pis hiss edib.
Fasildə vəziyyəti daha da pisləşən referi qarşılaşmanın ikinci hissəsini idarə
edə bilməyib. Xəstəxanaya aparılan Çakırın ağciyərlərinə hava yığıldığı məlum
olub.
Əməliyyat olunan təcrübəli referinin səhhətinin yaxşı olduğu və artıq xəstəxanadan çıxdığı bildirilib.