13-15 dekabr 2014-cü il tarixdə sərbəst və yunan-Roma güləşi
üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı təşkil olunacaq. Sportnet.az-ın məlumatına görə, çempionat
"Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.
Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının
birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1996-cı il və
yuxarı yaşlı idmançılar iştirak edə bilərlər.Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman
klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə
daxil olan idmançılar mübarizə aparacaq.
Dünya
Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş
Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə
olunacaq.Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq-a
qədər, yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq-a qədər
çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Proqrama
əsasən, dekabrın 12-də saat 16:00-da ilk çəki prosesi həyata keçiriləcək.
Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə57, 61, 65, 70, 74 kqçəki
dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. Dekabrın
14-də86,
97 və 125 kqsərbəst,59,
66, 71kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son
gündə isə75,
80, 85, 98 və 130 kq yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Çəki dərəcələri üzrə ilk 3
yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə
təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb
ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |