Azərbaycan
millisinin keçmiş baş məşqçisi Berti Foqts "Ştutqart” klubunu çalışdıra bilər.
Sportnet.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, mütəxəssis bu
posta ən real namizəddir.
67
yaşlı mütəxəssis bu barədə heç bir məlumat verməsə də, məşqçilikdən çox menecer
işini üstün tutduğu bildirilir. Ştutqartın keçmiş baş məşqçisi Armin Fe uğursuz nəticələrdən sonra istefa
vermişdi.
Qeyd edək ki, Berti Foqts Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsində səfərdə Xorvatiya millisinə 6:0 hesablı məğlubiyyətindən sonra istefa vermişdi.