UEFA Gənclər
Liqasında "Anderlext” ilə qarşılaşan "Qalatasaray” klubuna texniki məğlubiyyət
verilib. Sportnet.az-ın məlumatına görə, buna səbəb matçın 90+5-ci dəqiqəsində
baş verən hadisədir.
Danderleuv
şəhərinin "Van Roy” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsində türk
oyunçuc Alper Ademoğlu ilə hesabda önə keçən "Anderlext”, 90+5-də Leya İseka
ilə fərqi 2-yə yüksəltdi.
Belçikalı
futbolçuların bu qol sevincini "Qalatasaray”lı fanatların əyləşdiyi
tribunaların önündə qeyd etməsi nəticəsində əsəbiləşən türkiyəli azarkeşlər
meydana səs bombaları və məşəllər atmağa başlayıblar.
Matçın
3-cü dəqiqəsində də meydana atılan səs bombalarından sonra hakim oyunu 20
dəqiqə saxlamış və xəbərdarlıq anonsu vermişdir. Eyni hərəkətin oyunun sonuna
20 saniyə qalmış yenidən təkrarlanması nəticəsində hakim oyunu tətil edib.
UEFA türkiyəli fanatların etdiyi hərəkətlərən sonra oyunun tətil edilməsinə görə, "Qalatasaray”a 0:3 hesablı texniki məğlubiyyət verəcəyini bildirib.