Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüb. Sportnet.az-ın məlumatına görə, görüş zamanı Azərbaycan futbolu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, görüləcək işlərdən danışılıb.
Qeyd edək ki, Prosineçki 3 il müddətində millimizin baş məşqçisi olacaq.