Türkiyənin
"Konyaspor” klubunun rəhbərliyi maraqlı qərarı ilə diqqət mərkəzinə düşüb.
Sportnet.az-ın məlumatına görə, rəhbərlik azarkeşlərin stadiona günəbaxan tumu
ilə gəlməsinə qadağa qoyub.
Türkiyə
bu məhsulun ən böyük istehsalçılarından biridir. Bu tumlar ölkə ərazisində insanlar
tərəfindən çox geniş istifadə olunur.
Qeyd edək ki, "Konyaspor” bu mövsüm 42 minlik stadionda ev oyunlarını keçirir.