Rusiya
Federasiyasının İdman Naziri Vitali Mutko UEFA İcraiyyə Komitəsinin (İK)
Krım klublarının Rusiya Futbol İttifaqının (RFİ) bayrağı altında keçirilən
bütün yarışlarda iştirakına qadağa qoyması haqda fikirlərini bildirib.
Sportnet.az-ın məlumatına görə, Mutko UEFA-nı bu qərarı ilə professional futbolu
öldürdüyünü deyib.
Vitali Mutko
UEFA-nın Krım klublarının RFİ tərəfindən təşkil olunan çempionatda iştirakına qadağa
qoymasını pisləyib: "Bu klublar nə etsin? Nə Ukraynada, nə də Rusiyada oynaya
bilirlər. İndi azarkeşlər və futbolçular nə edəcək? UEFA-nın bu qərarı
professional futbolu öldürür”.
Nazir bundan sonra atılacaq addımlar üçün UEFA-nın qərarla bağlı açıqlamasını gözləyəcəklərini bildirib.