Estoniya
Futbol İttifaqı (EFİ) 26 futbolçunu diskvalifikasiya edib. Sportnet.az-ın məlumatına
görə, buna səbəb futbolçuların mərc oyunlarında fırıldaqçılıqdan istifadə etmələridir.
Onlardan 9-u ömürlük, qalanları isə müxtəlif şərtlərlə diskvalifikasiya olunublar. EFİ prezidenti Ayvar Poxlak 20 nəfərə yaxın insanın ifadəsinin alındığını, polis, UEFA və digər qurumlarla əlaqə saxlanıldığını bildirib. Onun sözlərinə görə, Estoniya futbolunda hələ indiyə kimi belə böyük miqyaslı araşdırma olmayıb.