Bu gün
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sportnet.az-ın məlumatına görə,
iclasda Azərbaycan I
Divizionun XIV turunun "Ağsu” – "Lokomotiv” matçında baş verənlərlə bağlı
qərar qəbul edilib.
"Lokomotiv” klubu matçın ilkin protokolunda start heyətində 11 nəfərin adını göstərsə də, meydançaya 7 futbolçu ilə çıxmışdır. Oyunun gedişində "Lokomotiv” klubunun futbolçusu zədələnmiş və bununla da yetərsay təmin olunmamışdır. Buna görə də "Lokomotiv” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.