1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Petev və Şeytanov Prosineçkiyə rəqib oldu
Futbol üzrə Bolqarıstan milli komandasına yeni baş məşqçi təyin olunub. Sportnet.az-ın məlumatına görə, Bolqarıstan Futbol İttifaqının İcraiyyə Komitəsi İvaylo Petevin namizədliyini yekdilliklə dəstəkləyib.
39 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb. Ona əsas yardımçı kimi Aleksi Jelyazkov, fiziki hazırlıq üzrə məşqçi qismində Roko Perota və qapıçılar üzrə məşqçi Lyubomir Şeytanov kömək edəcək. Petevin qarşısına AVR-2016-nın seçmə mərhələsində H qrupunu ilk "3-lük"də başa vurmaq vəzifəsi qoyulub. Habelə, əsas yığmaya ehtiyat qüvvə məqsədilə B millisinin də yaradılması qərara alınıb.
Qeyd edək ki, Bolqarıstan yığması seçmə mərhələdə Azərbaycanla birgə eyni qrupda yer alıb. Bu komandalar arasında Bakıdakı görüşdə millimiz uduzub - 1:2. Həmin qələbədən sonra Bolqarıstan Xorvatiyaya 0:1, Norveçə 1:2 hesabı ilə uduzub və yalnız Malta ilə heç-heçə edib - 1:1.