UEFA-nın "UEFA Europa League" rəsmi facebook səhifəsinə Azərbaycandan giriş bağlanıb. Sportnet.az-ın məlumatıan görə, bu barədə "qarabağ"ın "İmarət" fan - klubunun səhifəsi yazıb.
Avropa Liqasının qrup mərhələsində "İnter" ilə oyunda ağdamlıların qolunun hesaba alınmaması azarkeşləri özündən çıxarıb. Və UEFA-nın səhifəsinə hücum edərək iradlarını yazdıqları üçün Azərbaycandan giriş blok edilib.
Bu səbəbdən azarkeşlər Azərbaycandan kənarda yaşayan həmyerlilərimizə bu səhifəyə daxil olaraq #justiceforQarabaq həştağı ilə rəylər yazmaqları xahiş olunub.