Madrid "Atletiko”sunun yarımmüdafiəçisi
Ardan Turan Türkiyədə "NTV Spor” kanalında qatıldığı bir verilişdə maraqlı
açıqlamalar verib. Sportnet.az xəbər verir ki, o, ilk öncə sabiq komanda
yoldaşı Dieqo Koştanın "Beşiktaş”a niyə gəlmədiyindən danışıb.
"Dieqo Koşta "Beşiktaş”da oynaya bilərdi. Amma ayaq bağlarının qopması onun bu keçidinə mane oldu”.
Turan həmçinin bildirib ki, Burak Yılmazın
"Atletiko”ya transferi baş tuta bilər. Amma bunun üçün maliyyə şərtləri
üst-üstə düşməlidir: "Ateltiko” Burak Yılmazı transfer etmək niyyətində idi.
Klubdan məndən onu soruşdular. Dedim ki, gələ bilər. Sadəcə maliyyə
məsələlərində razılıq olmadı”.
Türkiyəli ulduz həmçinin qeyd edib ki, o, heç vaxt "Beşiktaş” və "Fənərbaxça”da oynamaz: "Heç vaxt "Beşiktaş” və "Fənərbaxça”da oynamaram”.