Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Millimiz 7-ci qrupda Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adalarına rəqib olub.
1-ci qrup: Çexiya, Belçika, Çernoqoriya, Moldova, Latviya, Malta
2-ci qrup: İtaliya, Serbiya, Sloveniya, İrlandiya, Litva, Andorra
3-cü qrup: Fransa, Ukrayna, Şotlandiya, İslandiya, Makedoniya, Şimali irlandiya
4-cü qrup: Portuqaliya, İsrail, Yunanıstan, Macarıstan, Albaniya, Lixtenşteyn
5-ci qrup: Danimarka, Rumıniya, Ermənistan, Uels, Bolqarıstan, Lüksemburq
6-cı qrup: İspaniya, İsveç, Xorvatiya, Gürcüstan, Estoniya, San Marino
7-ci qrup: Almaniya, Rusiya, Avstriya, Finlandiya, AZƏRBAYCAN, Farer adaları
8-ci qrup: Hollandiya, Slovakiya, Türkiyə, Belarus, Kipr
9-cu qrup: İngiltərə, İsveçrə, Norveç, Bosniya və Herseqovina, Qazaxıstan
_________________________________________________________________________________________
Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 12:00-da atılacaq püşk nəticəsində Azərbaycan yığmasının da rəqibləri müəyyənləşəcək.
Püşkə əsasən, 52 ölkə 6 səbətdən çıxarılaraq, 9 qrupa bölünəcək. Qruplardan 7-də 6, 2-də isə 5 yığma yer alacaq. Millimiz E səbətində Bolqarıstan, Kipr, Makedoniya, Litva, Qazaxıstan, Albaniya, Latviya və Estoniya ilə birgə yer alıb. 9 qrupun qalibi Polşada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutanlar arasında 4 ən yaxşısı (qrupda 1-ci, 3-cü, 4-cü və 5-ci komandalarla görüşlərdəki nəticələrinə əsasən) "pley-off"da son 2 vəsiqə uğrunda mübarizə aparacaq.
Komandaların püşk üçün səbətlərə bölgüsü belədir:
A səbəti: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa, Çexiya, Portuqaliya, Hollandiya, Danimarka
B səbəti: Rusiya, İsveçrə, İsveç, Serbiya, İsrail, Ukrayna, Slovakiya, Rumıniya, Belçika
C səbəti: Türkiyə, Sloveniya, Avstriya, Yunanıstan, Şotlandiya, Xorvatiya, Norveç, Ermənistan, Monteneqro
D səbəti: Finlandiya, Uels, Macarıstan, İslandiya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, İrlandiya, Belarus
E səbəti: Bolqarıstan, Kipr, Makedoniya, Litva, Azərbaycan, Qazaxıstan, Albaniya, Latviya, Estoniya
F səbəti: Farer adaları, Şimali İrlandiya, Lüksemburq, Malta, San Marino, Andorra, Lixtenşteyn
Qeyd edək ki, AFFA-nı tədbirdə baş katibin müavini Sərxan Hacıyev və Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə təmsil edəcək.