
Gündüz Abbaszadə ən yaxşı bombardir, Ceyhun Rzayev ən yaxşı oyunçu oldu
"Xəzər adaları"nın təşkilatçılığı ilə jurnalistlər arasında keçirilən futbol üzrə "Novruz Kuboku" turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, finalda idman jurnalistlərindən təşkil olunmuş "Bakı 2015" komandası "Xəzər TV" ilə üz-üzə gəlib.
Görüş "Bakı 2015"in qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində Gündüz Abbaszadə "het-trik" edib, qalan qolları Elnur Əşrəfoğlu, Erkin İbrahimov və Emin Abbasov vurub. "Xəzər TV"dən isə İslam Əliyevlə Ceyhun Rzayev fərqlənib.
Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. "Bakı 2015"ə kubok təqdim olunub. Bundan başqa komandanın üzvü Gündüz Abbaszadə ən yaxşı bombardir (10 qol), "Xəzər TV"nin əməkdaşı Ceyhun Rzayev isə ən yaxşı oyunçu kimi təltif olunub.