Növbəti müddətə FİFA prezidenti seçilən Yozef Blatter qələbəsini şərh edib. Sportnet.az-ın məlumatına görə, 77 yaşlı funksioner seçkidə yeganə rəqibi olmuş İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyni səsvermədə yaxşı nəticə göstərməsi münasibətilə təbrik edib.
Blatter ali futbol qurumunun gələcəyi ilə bağlı üzərinə məsuliyyətin düşdüyünü bildirib: "Mən FİFA adlı qayıqda üzməyə davam edəcək və onu sahilə qaytaracağam. Təşkilatın gələcəyi ilə bağlı üzərimə məsuliyyət düşür. Amma mən ideal deyiləm. Heç kim ideal deyil".
Qeyd edək ki, Əli ibn Əl-Hüseyn Yozef Blatterlə mübarizənin ilk turunda rəqibindən 60 səs az - 73 səs yığıb. Amma o, ikinci mərhələdə iştirakdan imtina edib.