
"Zirə” – "Mil-Muğan” matçında "Zirə” və "Mil-Muğan” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub. Oyunun 18-ci dəqiqəsində "Zirə” klubunun məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində "Zirə” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunub.
Futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin "Təbriz” – "Young Boys” matçının 11-ci dəqiqəsində "Təbriz”in futbolçusu Bahadur Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 25-ci dəqiqəsində "Təbriz” klubunun futbolçusu Bahadur Məmmədov tribunadan hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb.