1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Shamkir Chess" superturnirinə start verildi
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirinə start verilib. Sportnet.az-ın məlumatına görə, 10 şahmatçının qatıldığı yarışda ilk turun ilk gedişini Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov edib.
O, gediş üçün seçimini Dünya Kubokunun qalibi və dünya çempionu adına namizəd Sergey Karyakinlə (Rusiya) ağ fiqurlarla qarşılaşan Şəhriyar Məmmədyaro üzərində edib.
Digər görüşlərdə Eltac Səfərli Pavel Elyanovla (Ukrayna), Fabiano Karuana (ABŞ) Pentala Harikrişna (Hindistan) ilə, Rauf Məmmədov Aniş Giri (Hollandiya) ilə, Teymur Rəcəbov Hou Yifanla (Çin) üz-üzə gəlir.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən "Shamkir Chess" superturnirinin qalbi 9 turluq mübarizənin yekunu olaraq, iyunun 4-də müəyyənləşəcək.