Bakı Şahmat Olimpiadasının maskotu "Şah Oğlan" hər gün (bazar ertəsindən başqa) 28MALL, Park Bulvar və Metro Park ticarət mərkəzində yolunuzu gözləyir. Sportnet.az-ın məlumatına görə, bu məkanlarda həmçinin Bakı Şahmat Olimpiadasının məlumat mərkəzləri fəaliyyət göstərir.
Mötəbər yarışla bağlı istənilən suala həmin mərkəzdə cavab tapa bilərsiniz. "Şah Oğlan"la saat 15-dən 18-ə qədər alış-veriş mərkəzlərində, 19-dan 21-ə qədər isə Dənizkənarı Milli Parkda və Fəvvarələr Meydanında görüşmək imkanınız var.
Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də olacaq. Açılış Milli Gimnastika Arenasında keçiriləcək.








































































