1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nərgiz Umudova: "Üzərimizdə hər hansı təzyiq hiss etmirik"
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət ikinci yığmamızdan ilk olaraq dördüncü lövhədə mübarizə aparan Nərgiz Umudova partiyasını başa vurub. Sportnet.az-ın məlumatına görə, təcrübəli şahmatçımız yaponiyalı Misaki Şibatanı məğlub edib.
Partiyadan sonra keçirilən mətbuat konfransında Umudova tamaçaşıların dəstəyini qeyd edib. O, şahmatda doğma divarlar arasında oynamağın çətin olduğunu, təzyiqlə üzləşdiklərini bildib: "Amma bizim üçün belə deyil. Tamaşaçıların dəstəyi bizə əlavə güc verir. Üzərimizdə hər hansı təzyiq hiss etmirik. Ailə üzvlərimiz, dostlarımız bizi dəstəkləyirlər. Bu, bizə əlavə güc verir”.
Umudova ölkə başçısı İlham Əliyevin şahmatçılarımızla görüşü barədə sualı da cavablandırıb: "Açılışdan öncə cənab Prezident bizi qəbul etdi. Bu, qürurvericidir. Dünya praktikasında belə hala az rast gəlinir. Çox nadir ölkələrdə idmana dövlət səviyyəsində bu cür qayğı göstərilir. Bu isə gənclərin şahmatla məşğul olmasına stimul verəcək”.