1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əsas komandalarımız yenə xal itirdilər - YENİLƏNDİ
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun təqvimi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu gün Azərbaycanın kişilərdən ibarət əsas milli komandası Yunanıstanla qarşılaşıb. Partiya heç-heçə nəticələnib.
İkinci komanda Rumıniyaya məğlub olub. Yalnız üçüncü yığma Qananı məğlub edərək hesabına qələbə yaza bilib.
5 turdan sonra kişilərdən ibarət əsas milli 9 xalla 13-cü pillədə qərarlaşıb. Azərbaycanın ikinci komandası 8 xalla 34-cü, üçüncü yığma 6 xalla 86-dır. Turnir cədvəlinə maksimum nəticə göstərən - 12 xalı olan Hindistan millisi başçılıq edir.
Qadınlardan ibarət əsas yığmanın VI turdakı rəqibi Gürcüstan olub. Bu qarşılaşma da 2:2 hesabı ilə nəticələnib. İkinci millinin Çexiya ilə qarşılaşması da həmin hesabla bitib. Qadınlarda da yalnız üçüncü komanda qələbə qazanmağı bacarıb. Bu, Çili üzərində əldə olunub.
Qadınlardan ibarət əsas milli 6 turdan sonra 10 xalla 6-cı pillədə qərarlaşıb. Aktivində 6 xal olan ikinci komanda 37-ci, həmin xala malik üçüncü yığma isə 38-ci pillədə qərarlaşıb. Xanımların mübarizəsində hərəyə 11 xalı olan Ukrayna və Rusiya yığmaları ilk 2 yeri bölüşdürürlər.
Qeyd edək ki, sentyabrın 7-də olimpiadada istirahət günü olub. Yarışlara sentyabrın 14-də yekun vurulacaq.
Kişilər
Yunanıstan - Azərbaycan 1 - 2:2
Dimitrios Mastrovasilis (2601) - Şəhriyar Məmmədyarov (2761) - 0,5:0,5
Hristos Banikas (2571) - Teymur Rəcəbov (2722) - 0,5:0,5
Athanasios Mastrovasilis (2555) - Arkadi Naydiç (2696) - 0:1
Stelios Halkias (2565) - Eltac Səfərli (2688) - 0:1
Rumıniya - Azərbaycan 2 - 2,5:1,5
Konstantin Lupulesku (2618) - Vasif Durarbəyli (2612) - 1:0
Mirkea Parliqras (2595) - Nicat Abbasov (2552) - 1:0
Boqdan Deak (2524) - Qədir Hüseynov (2625) - 0,5:0,5
Marin Mihail (2572) - Namiq Quliyev (2577) - 0:1
Qana - Azərbaycan 3 - 0:4
Frankis Anquandah (1951) - Vüqar Əsədli (2406) - 0:1
Con Haşford (1970) - Abdulla Qədimbəyli (2294) - 0:1
Jozef Jamena (1992) - Məhəmməd Muradlı (2331) - 0:1
Edvard Thompson (1889) - Pərviz Qasımov (2323) - 0:1
Qadınlar
Gürcüstan - Azərbaycan - 2:2
Nana Dzaqnidze (2522) – Zeynəb Məmmədyarova (2295) - 1:0
Lela Javakhişvili (2486) - Nərmin Məmmədzadə (2361) - 0,5:0,5
Nino Batsiaşvili (2474) - Gülnar Məmmədova (2304) - 0:1
Melia Salome (2419) - Nərmin Kazımova (2302) - 0,5:0,5
Azərbaycan 2 - Çexiya - 2:2
Türkan Məmmədyarova (2304) - Joanna Vorek (2360) - 0,5:0,5
Xəyalə Abdullayeva (2214) - Kristina Havlikova (2271) - 0:1
Nərmin Xələfova (2219) - Olqa Sikorova (2234) - 0,5:0,5
Ülviyyə Fətəliyeva (2234) - Tereza Rodştein (2230) - 1:0
Azərbaycan 3 - Çili - 3:1
Nərmin Məmmədova (2230) - Qonza Abarka (2092) - 1:0
Xanım Balacayeva (2147) - Qomez Barrera (2027) - 1:0
Gövhər Beydullayeva (1994) - Kabella Jorquera (2019) - 0,5:0,5
Aynur Katanova (1784) - Fuentes İnzu (1840) - 0,5:0,5