Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş turnirdə 7-ci turun görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, Ş.Məmmədyarovun rəqibi ermənistanlı Levon Aronyan olub.
Görüşdə qalib müəyyənləşməyib. Nəticədə aktivinə 0.5 xal yazan azərbaycanlı zəka sahibi xal ehtiyatını 3-ə çatdırıb və 8-ci pillədə qərarlaşıb. Aronyan isə Vişvanatan Anand və Vladimir Kramniklə birgə hərəyə 4 xalla 3 - 5-ci yerləri bölüşür.
Turnirə iki turdan sonra - oktyabrın 6-da yekun vurulacaq.