Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster final raundunun I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gələcək.
Tərəflər 4 qarşılaşmada münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.