1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan 186 ölkəyə nümunə göstərildi
"Azərbaycan həmişə Beynəlxalq Şahmat Federasiyasına (FİDE) daxil olan digər 186 ölkə üçün şahmatın inkişafı və təbliği baxımından nümunə olub". Sportnet.az-ın məlumatına görə, bunu "Vestnik Kavkaza" portalına müsahibəsində FİDE-nin prezidenti Kirsan İlümjinov deyib.
O, Azərbaycanın şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı qəbul edilən ilk ölkə olduğunu vurğulayıb.
FİDE rəhbəri bunun 2008-ci ildə, ölkə Prezidenti İlham Əliyevin tərəfindən müvafiq proqram imzalanan zaman baş verdiyini də xatırladıb.
Onun sözlərinə görə, o vaxtdan bəri Azərbaycanda şaxmat yalnız peşəkar səviyyədə dəstəklənmir, eyni zamanda həm icbari olaraq fakültənin tədris planına salınıb.
"Hazırda məktəblərin ibtidai siniflərində çoxlu yarış və turnirlər keçirilir. Məsələn, bu ilin sentyabr ayında Bakı növbəti Şahmat Olimpiadasının paytaxtı olacaq, dünyanın 190 ölkəsindən bir neçə min şahmatçı olimpiya çempionu olmaq uğrunda mübarizə aparacaq", - deyə K.İlümjinov bildirib.