Yaponiya Futbol Assosiasiyasının prezidenti Kodzo Tasima koronavirusa yoluxub.
Sportnet.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, 63 yaşlı funksionerin testi müsbət nəticələnib. Yaponiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvü olan Tasimanın səhhəti ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, Tokio-2020 24 iyul - 9 avqustda keçirilməlidir.