"Bir çox məsələ üzdən sadə görünsə də, əslində çox qəlizdir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, atletlər kəndindən çıxan şəxs öz yerinə qayıtmayacaq və karantinə alınacaq: "O, yarışa yox, başqa yerə gedirsə, belə olacaq".
Hüseynzadə Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun AVRO-2020-dəki hərəkətini də xatırladıb: "İdmançılara deyin, diqqətli olsunlar. Sponsorlarla bağlı məsələdə ehtiyatlı olmaq lazımdır".