“Naxçıvan” klubu basketbolçusu Kris Klarkla yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, ABŞ-dan olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
O, mövsümün sonuna qədər "Quba" ilə anlaşıb.
Təcrübəli oyunçu karyerası ərzində "Əl-Ənsər"(Səudiyyə Ərəbistanı), "London Lions"(İnigltərə), "Vestçester Kniks"(ABŞ), "Penyarol"(Uruqvay), Moldura Heat"(Avstraliya), "Kontern"(Lüksemburq), "Bolmar"(Boliviya), "Giessen"(Almaniya), "Avanti Mondorf"(Lüksemburq), "MK Lions"(İngiltərə), "Şəki"(Azərbaycan) klublarında oynayıb. 40 yaşlı (25.11.1985) 190 sm boya malik basketbolçu son olaraq "Naxçıvan"ın formasını geyinib.
Xatırladaq ki, Kris Klark "Naxçıvan"ın heyətinə cari mövsümün əvvəlində qatılmışdı.













































































