Bu qrupda ilk turun oyunları ötən həftə Bolqarıstanın paytaxtı Sofiyada keçirilib. Millimiz qrupu 6 xalla 2-ci pillədə başa vurub. Bolqarıstan 7 xalla lider, Yunanıstan 3 xalla 3-cü, Portuqaliya isə 2 xalla 4-cü yeri tutub. Avropa çempionatına birbaşa vəsiqə qazanmaq üçün qrupu 1-ci pillədə başa vurmaq lazımdır. Ona görə də yığmamız doğma meydan amilindən maksimum yararlanmalıdır.
İlk oyun günündə Azərbaycan Yunanıstanı, Bolqarıstan isə Portuqaliyanı darmadağın edib:
Hakimlər: Aleksandr Pyasetski (Belarus), Aleksey Skibitski (Ukrayna)
Növbəti turun oyunları mayın 30-da baş tutacaq:
16:00. Bolqarıstan - Yunanıstan
18:30. Azərbaycan - Portuqaliya
Qeyd edək ki, bütün oyunlar Voleybol Mərkəzində keçirilir.