"Bura qələb üçün gəlmişdik, amma qalib gələ bilmədik".
Sportnet.az xəbər verir ki, bunu Lüksemburqun kişi voleybol yığmasının üzvü Tsuydberq Kris Bakıda Azərbaycan millisinə 1:3 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra deyib. Belçikanın "Varemme" klubunda çıxış edən 25 yaşlı blok qurucusu güclü komandaya uduzduqlarını bildirib: "Komandanız fiziki olaraq bizdən güclüdür. Fikrimcə, 2-3 oyunçunuz Avropanın iddialı klublarında çıxış edə bilər. Bu təsnifat mərhələsində artıq 90% şanslarımızı itirdik. Azərbaycana isə uğurlar arzu edirəm".
Qeyd edək ki, Azərbaycan yığması son turda səfərdə İsveçə qalib gəlsə, tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksələcək.