
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası "Bakı 2015" I Avropa Oyunlarına hazırlıq çərçivəsində bir neçə yarışa qatılıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Voleybol Federasiyasından "Report"a xəbərdə yığma üzvləri Çexiya, Belarus, Braziliya və Avstriyadakı yarışlarda uğurlu nəticələr əldə edib.
Tərkibi Vivian Da Konseysao Kunya / Zinaida Lyubimova və Yuliya Kərimova / Rakel Qonsalveş Ferreyradan ibarət heyət Avropa, dünya, hətta olimpiya çempionlarını məğlubiyyətə uğradıb.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı çimərlik voleybolu növündə 4 cütlük təmsil edəcək.