Futbol üzrə Azərbaycan çempionatının I divizionunda IV turun "Şərurspor" - "Energetik" matçı təkcə meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə əlamətdar olmayıb. Sportnet.az-ın məlumatına görə, oyunun ikinci yarısında meydana it girib.
Kuryoz hadisə "Şərurspor"un 52-ci dəqiqədə 4-cü qolu vurmasından bir müddət sonra baş verib. İt meydan sahiblərinin olduğu tərəfə qaçaraq, hürüb. Oyun vaxtı bekarçılıqdan "əziyyət çəkən" "Şərurspor"un qapıçısı Eşqin Şəmiyevin iti meydandan kənarlaşdırmasına bir müddət vaxt lazım gəlib. Digər futbolçular isə itin meydandakı davranışını gülüşlə qarşılayıblar.
Qeyd edək ki, bu qələbə sayəsində "Şərurspor" 7 xalla 4-cü pilləyə yüksəlib. Ardıcıl 4-cü məğlubiyyətlə üzləşən "Energetik" isə qapısından buraxdığı 30 qolla sonuncu pillədə qərarlaşıb.
Kadrlar PFL-dən götürülüb.
Kadrlar PFL-dən götürülüb.