Əfsanəvi braziliyalı
futbolçu Pele sağlığı ilə əlaqədar sevənlərinin narahat olmaması üçün videomüraciət edib. Sportnet.az-ın məlumatına görə, 3 qat dünya çempionu gitarada ifa edərək,
ona dəstək verənlərə minnətdarlığını bildirib.
Pele
müraciətində belə deyib: "Narahat olmayın. Çox sagolun. Bilirəm ki, hər biriniz
mənim sağlamlığıma görə narahatsınız. Ancaq mən yaxşıyam”.
Qeyd edək ki, noyabrın sonlarında sidik yollarındakı infeksiya səbəbindən xəstəxanaya yerləşdirilmişdir.