 
"Oyunçularımla fəxr edirəm. Belə rəqibə qarşı layiqli mübarizə apardıq. İlk yarıda fantastik mübarizə apardıq".
Sportnet.az-ın məlumatına görə, bunu "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis ustalığın öz sözünü dediyini bildirib: "Matça yaxşı hazırlaşmışdıq. Rəqibin gücünü bilirdik. Eyni zamanda arxa xətdə boşluqlarının olacağından xəbərdar idik. İlk yarıda bir penalti və bir real qol imkanımız oldu. İkinci hissədə bizim üçün çətin olacağını bilirdik. Amma buna hazır idik. İlk qolu buraxdıqdan sonra taktiki dəyişikliklər edərək, bərabərliyi təmin etmək istədik. Lakin rəqibin ustalığı öz sözünü dedi. Rəqibi təbik edirik".
Onun sözlərinə görə, "Qarabağ" piramidanın uc, "İmişli" isə alt hissəsindədir: "Bizdə rəqibdən fərqli olaraq, rotasiya imkanları azdır. Penaltini Dioqo Almeydanın yox, Juninyonun yerinə yetirməsi bizim seçimimiz idi. Çünki son oyunumuzda da o vurmuşdu. Bu qərar oyunçunun özünə inamını artırmasından ötrü idi. Belə komanda ilə oyunlarda daha çox güc lazım idi".
Kaşkilyanın fikrincə, matçın harada keçirilməsinin fərqi yoxdur: "Rəhbərliyimiz "Qarabağ" tərəfdən bu oyunu burada keçirmək istəyinin olduğunu bildirdi, razılaşdıq. Biz səfərdə 4 oyundan 3-də qalib gəlmişik. Evdə isə eyni azarkeşlər hər yerə gedirlər. O baxımdan, fərq hiss etmirik. Əslində 15 xalımız olmalı idi. Premyer Liqanın debütantı mübarizə apararaq, bu qədər xallar qazanırsa, çox yaxşı haldır".








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    























































