Türkiyə Süper Liqasında XXVI turun "Kocaelispor" - "Konyaspor" matçında qalmaqallı anlar yaşanıb.
Sportnet.az-ın məlumatına görə, oyunun əlavə olunmuş dəqiqələrində "Konyaspor"un xeyrinə penalti təyin edilməsi meydan sahiblərinin ciddi etirazına səbəb olub.
Etiraz etmək üçün meydançaya daxil olan baş məşqçi Selçuk İnanı baş hakim Cihan Aydın qırmızı vərəqə ilə cəzalandırılıb.
Bundan sonra İnanın göstərişi ilə "Kocaelispor"un texniki heyəti və ehtiyat oyunçuları meydanı tərk edib və komandanın skamyası tamamilə boş qalıb.
Həmin penalti zərbəsini isə Cekson Muleka dəqiq yerinə yetirərək 90+4-cü dəqiqədə hesabı 2:1 edib və "Konyaspor"a qələbə qazandırıb.
Crazy scenes in Turkey ????????
— Emir - Scouting (@EKscouting) March 14, 2026
Kocaelispor vs Konyaspor: Penalty in 90+4.
Kocaelispor coach Selcuk Inan storms the dressing room with staff & players.
Game continues without coach, bench players, or doctors on the sideline.
Absolutely wild.
pic.twitter.com/VmmmSDjzYA














































































